“Peyvənd pasportlarının səyahət üçün şərt kimi qoyulmasını istəmirik” – ÜSTbackend

“Peyvənd pasportlarının səyahət üçün şərt kimi qoyulmasını istəmirik” - ÜST

“Səyahət üçün peyvənd pasportlarının tələb edilməsi ayrı-seçkilikdir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adanom Qebreyesus deyib. Onun sözlərinə görə, vaksin ayrı-seçkiliyi müxtəlif neqativ nəticələrə, sosial və iqtisadi sabitliyin pozulmasına gətirib çıxaracaq.

“Vaksin pasportlarının səyahət üçün bir şərt olaraq istifadə edilməsini istəmirik. Bu diskriminasiyaya gətirib çıxaracaq”, – deyə Qebreyesus bildirib. O əlavə edib ki, yalnız peyvəndlər dünya miqyasında əlçatan olarsa, vaksin pasportları tətbiq oluna bilər. ÜST rəhbəri söyləyib ki, təşkilat sənədlərin ümumilikdə qəbul edilmiş versiyasını razılaşdırmaq üçün artıq dövlətlərlə işə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*