Pezeşkian Rusiyaya raket tədarükünü təkzib ETDİbackend

Pezeşkian Rusiyaya raket tədarükünü təkzib ETDİ

İran Rusiya ilə əməkdaşlığa və ticarətə davam edir, lakin onu heç bir raketlə təmin etməyib.

KONKRET.az İRİB telekanalına istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian iranlı və xarici jurnalistlərin iştirakı ilə keçirdiyi ilk mətbuat konfransı zamanı deyib: “Biz Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin biz hakimiyyətə gələndən (Məsud Pezeşkianın prezident seçkilərində qələbəsindən sonra İranın yeni hökumətinin hakimiyyətə gəlməsi nəzərdə tutulur -red) heç bir silah ötürülməyib.”

Prezident əlavə edib ki, İran həmişə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*