İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın anti-İran ritorikasına sərt reaksiya verib.
KONKRET.az xəbər verir ki, Pezeşkian Trampın İran rəsmilərini “oğru” kimi xarakterizə etdiyi çıxışına cavab verərək onu “dünyanı talayan şəxs” adlandırıb.
“Trampın sözlərinə qulaq asmağa vaxtım yoxdur. O, İran rəsmilərini ‘oğru’ kimi təsvir edir, amma əslində dünyanı talayan onlardır. Biz həyatımızı xalqımıza xidmətə həsr etmişik. Amma onlar bizi başqa cür göstərməyə çalışırlar”, – deyə İran prezidenti vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az