Pişik səsinin insan orqanizminə inanılmaz təsiri – MÖCÜZƏVİ FAYDAbackend

Pişik səsinin insan orqanizminə inanılmaz təsiri - MÖCÜZƏVİ FAYDA

Pişiklərin insan orqanizminə sonsuz faydasından hər kəs xəbərdardır. Bu sehirli heyvanlar insanın əsəblərini sakitləşdirir, təzyiqi normada saxlayır, pis fikirlərdən uzaqlaşdırır.

KONKRET.az xəbər verir ki, pişiklərin səsi hətta insan bədənindəki ağrıların azalmasına səbəb olur. Təcrübə əsnasında məlum olub ki, pişiklər mırıldayan zaman insan orqanizminin regenerativ funksiyasında müsbət dəyişikliklər müşahidə olunur. Bu da əzələ, sümük sistemində oan problemləri aradan qaldırır.

Hətta həkimlər iddia edirlər ki, evdə pişik saxlayan insanlar ürək-damar və əsəb xəstəliklərindən daha az şikayət edirlər.

Rusiyanın Volqoqrad Dövlət Universitetinin mütəxəssisləri pişiklərin ürək ritmini və təzyiqi də tənzimlədiyini müəyyən ediblər. Təcrübənin əvvəlində könüllü içtirakçıların təzyiqi ölçülüb, kardioqramması çəkilib. Sonra 10 dəqiqə ərzində hər bir iştirakçıya pişik səsi dinlədilib və eyni müayinələr yenidən aparılıb. Həkimlər heyrətlərini gizlədə bilməyiblər. Çünki bütün könüllülərin təzyiqi də, ürək döyüntüləri də stabilləşib.

Odur ki, alimlər tibbdə yeni pişik inqilabı etməyə hazırlaşırlar.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*