Polisi bu qadını axtarır – FOTObackend

Polisi bu qadını axtarır – FOTO

Bakıda qadın itkin düşüb.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, Xəzər rayon sakini 32 yaşlı Aygün Həsənova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

A.Həsənovanın boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli şalvar və qara rəngli jaket olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin (012) 590-22-39, (012) 453-02-02 şəhər nömrələri və (050) 222-82-80, (070) 529-26-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

WhatsApp Image 2025 10 10 at 15.58.01

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*