Politico: “Qərb Ukraynanın tezliklə NATO-ya daxil olmasını istəmir”backend

Politico: "Qərb Ukraynanın tezliklə NATO-ya daxil olmasını istəmir"

Qərb ölkələri Ukraynanın dərhal Şimali Atlantika Alyansına (NATO) daxil olmasından qorxur, çünki onlar Rusiya ilə müharibə istəmirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” qəzetində dərc olunan məqalədə deyilir.

“Ukraynanın NATO-ya sürətli üzv olmaq istədiyini elan etməsi ABŞ Prezidenti Co Baydenin administrasiyası üçün sürpriz oldu”, – ABŞ rəsmiləri bildirib.

Qeyd olunub ki, 1949-cu ildə imzalanmış Şimali Atlantika Müqavilənin 5-ci maddəsinə görə, Ukraynanın NATO-ya üzvlüyü Vaşinqton üçün aktual mövzu olub.

“Qərb Ukraynanın dərhal NATO-ya daxil olmasının ABŞ və Rusiya arasında müharibəyə səbəb ola biləcəyindən qorxur”, – nəşr yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-ya sürətləndirilmiş şəkildə daxil olması üçün ərizə imzalayıb. Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərin alyansın bu müraciətə baxmağa hazır olub-olmaması ilə bağlı birbaşa sualına cavab verməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*