Polşa Rusiya neftindən imtina edirbackend

Polşa Rusiya neftindən imtina edir

Moskvanın neft bazarında əsas rəqibi, əvvəllər Asiyadakı müştərilərə diqqət yetirən Səudiyyə Ərəbistanı, Rusiya təchizatçılarını Polşadan sıxışdırmağa başlayır. Bu barədə “Finanz” nəşri yazır.

KONKRET.az “Bloomberg”ə istinadən xəbər verir ki, yanvarın 12-də krallığın dövlət neft şirkəti olan “Saudi Aramco” Polşanın “PKN Orlen” şirkəti ilə sutkada 337 min barelə qədər neft tədarükü üzrə uzunmüddətli müqavilə imzalayıb.

Tankerlərlə Baltik dənizi limanlarına çatdırılacaq Səudiyyə neftinin tədarükü üç dəfədən çox artacaq və Polşanın gündəlik 650-700 min barel olan neft istehlakının demək olar ki, yarısını ödəyəcək.

Polşa vasitəsilə Səudiyyə nefti qonşu ölkələrə, o cümlədən Litva və Çexiyaya çata bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*