Polşa Ukrayna ərazisi üzərində Rusiyanın pilotsuz təyyarələrini və raketlərini vurmaq niyyətində deyil, Ukraynada hərbi personala təlim keçmək niyyətində deyil.
KONKRET.az xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Pavel Zalevski deyib.
Onun sözlərinə görə, Polşa hakimiyyəti Ukraynanın gözləntilərinin nə olduğunu heç bir formatda nəzərə almır:
“Ukrayna Polşadan hava hücumundan müdafiəsi üçün heç bir dəstək tələb etməməlidir. NATO və Aİ ölkələri müharibənin tərəfləri deyil”.
İlkanə Şəvəqqət,
KONKRET.az