Polşa səfirinə hücum edildibackend

Polşa səfirinə hücum edildi

Polşa səfiri Kşiştof Krayevskiyə Sankt-Peterburqda hücum edilib.

KONKRET.az xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maçey Veyvorun sözlərinə görə, Krayevskiyə hücum bazar günü baş verib.

Polşa qəzetinin məlumatına görə, hadisə Polşanın Müstəqillik Gününü qeyd etmək üçün səfirin yerli polyaklarla görüşə getməsi zamanı yaşanıb.

Günorta radələrində konsulu ilə birlikdə mərasimə gedərkən aqressiv rus “fəalları” qrupu tərəfindən mühasirəyə alınıb.

Onlar Polşanın Ukraynanı dəstəkləməsinə görə, səfirə hücum ediblər.

“Əvvəlcə şifahi təhqir olub, lakin sonra açıq şəkildə fiziki güc tətbiq etmək cəhdi baş verib. Sonra səfirin mühafizəçiləri müdaxilə ediblər”, – Veyvor deyib.

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü diplomatın heç bir ciddi xəsarət almadığını qeyd edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*