Porno ulduz Natalyadan xoşlanan Papa, hamilə qalan rahibələr, pedofil kilsə xadimləribackend

Porno ulduz Natalyadan xoşlanan Papa, hamilə qalan rahibələr, pedofil kilsə xadimləri

Surxay Atakişiyev

Ötən gün “Ren Tv” belə bir məlumat yaydı ki, Fransada 10 min uşaq pedofil keşişlərin qurbanına çevrilib. Bununla bağlı Kilsədəki Cinsi Şiddətə Qarşı Müstəqil Komissiyanın sədri Jean-Marc Save məlumat təqdim edib.
Komissiyanın verdiyi məlumata görə, 1950-ci ildən bəri pedofil Katolik keşişlər tərəfindən təqribən 10 min uşaq təcavüzə məruz qalıb.
Bu rəqəm artıq komissiya tərəfindən toplanmış 6,5 min şahidin, eləcə də vəfat edən qurbanların və danışmaq istəməyənlərin ifadələrini əhatə edir. Bu da sənə dünyaya mədəniyyətdən, yüksək milli və dini dəyərlərdən dərs deyən, islamofobiyadan anqıra-anqıra danışan Fransa.

Əslinə baxsan insanlıqla bir araya sığmayan bü cür hərəkətlər Avropa üçün və bütövlükdə xristian dünyası üçün qeyri-adi bir şey deyil. 2019-cu ilin fevral ayının 21-də Roma papası Fransiski bu məsələ ilə bağlı xristian aləminə çağırış etmişdi. Bildirmişdi ki, dünyadadakı hər 50 katolik keşişindən biri uşaqbazdır. Dünya miqyasında 190 piskopos və prelates kilsələrdə rahiblər uşaqları və böyükləri cinsi istismar edir

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, son illərdə ABŞ, Fransa, Avstraliya, Almaniya, İrlandiya və digər ölkələrdə keşişlərin uşaqları təcavüz etməsi adi hal alıb. 2018-ci ilin avqustunda “Frans24” telekanalı ABŞ-da uşaqların keşişlər tərəfindən seksual zorakılıqlara məruz qalmasını ifşa edən böyük bir material hazırlamışdı.

Bu süjeti şərh edən Vatikanın sözçüsü Qriq Burke bu dəhşətli cinayətin utanc gətirdiyini və kədərləndirici olduğunu söyləmişdi. Qriq Burke deyib: Vatikan birmənalı şəkildə uşaqlara qarşı cinsi zorakılığı pisləyir və Pensilvaniya hakimlərinin hesabatını ciddiyə alır. ABŞ-ın Pensilvaniya ştatının prokurorluğunun hesabatına görə ştatın 6 bölgəsində katollik kilsələrin 300-dən çox keşişi 16 il müddətinə uşaqlara cinsi təcavüz edib. Lakin prokurorluq qurbanların daha çox olduğunu bildirib. Çünki müəyyən səbəblərə görə bir çox qurbanlar bu barədə danışmaq istəmirlər.

Vatikanın apardığı araşdırmalar zamanı məlum olub ki, cinsi istismara məruz qalanların 80 faizi oğlan uşaqlarıdır və onlar əsasən 14 yaşdan yuxarı həddədirlər. Amma cinsi istismara məruz qalan qadınlar da var. Lakin kilsələr bu rəqəmləri qəsdən gizlədirlər. Papa Fransiski tərəfindən rütbəsi aşağı salınan və din adamlığından çıxarılanların hamısı homoseksual bağlılığı ortaya çıxıb.

Maraqlıdır ki, pedofil keşişlər Vatikanın ən üst səviyyəsində təmsil olunurlar. Belə ki, Vatikanın maliyyə işləri üzrə səlahiyyətli nümayəndəsi və kilsənin ali səviyyəli üçüncü şəxsi avstraliyalı kardinal Corc Pellin adı öz ölkəsində cinsi təcavüzkar kimi hallanır. 2017-ci ildə də Viktoriya əyaləti polis şöbəsinin müdiri Şane Patton məsələ ilə bağlı çoxlu şikayətin daxil olduğunu bildirib. Vatikanda yaşayan 76 yaşlı kardinal Pell isə məhkəmə gününü səbirsizliklə gözlədiyini və iddialara qarşı özünü güclü şəkildə müdafiə edəcəyini söyləmişdi. Lakin məlum səbəblərə görə məhkəmənin gedişi və nəticələri barədə ictimaiyyətə heç bir açıqlama verilmədi.

2018-ci ilin avqustunda Vatikanın Vaşinqtondakı sabiq səfiri, arxiyepiskop Karlo Mariya Viqano bu səbəblərə görə Roma Papası 1-ci Fransiski istefaya çağırmışdı. O, “National Catholic Register” adlı qəzetdə dərc etdirdiyi 11 səhifəlik məktubda kilsə daxilində cinsi istismara göz yumulmasına görə Papanı ittiham edib: “Roma Papası uşaqlara istismar iddialarına görə ötən ay istefa verən kardinal Teodor Makkariklə bağlı məlumatları 2013-cü ilin 23 iyunundan bəri bilməsinə baxmayaraq, heç bir addım atmayıb. Kardinalla bağlı məlumatları Papaya birbaşa özüm demişdim. Onun əməllərini gizlətdiyi və digər kardinal və yepiskoplara örnək olması üçün ilk istefa verməli olan şəxs Papadır”. Viqano sözlərinə əlavə edib ki, katolik kilsəsinin daxilində olan bu cinsi istismar şəbəkəsi məsum qurbanlarını öz torlarına salır.

Nəzərə alaq ki, Katolik Kilsəsinin dünyanın bir çox ölkəsində yüz minlərlə rahibi var. Bir çox ölkədə xüsusilə uşaqlara qarşı cinsi istismarla bağlı çoxlu sayda məlumatlar mətbuatda yer alıb.  Birləşmiş Millətlər Təşkilatı da Katolik Kilsəsi vəzifəlilərinin uşaq istismarları haqqında 2014-cü ildə hesabat dərc etmişdi. Hesabatda Vatikanın verdiyi sistematik qərarlara görə ötən 10 ildə keşişlərin on minlərlə uşağa cinsi təcavüz etdiyi və təcavüzə şərait yaradıldığı ittihamı qeyd olunmuşdu. Vatikan isə 2014-cü ilin yanvar ayında 400 keşişin 2012-2013-cü ildə uşaqlara cinsi təcavüz etdiyi üçün vəzifəsindən çıxartmaq barədə qərar qəbul etmişdi.

2014-cü ildə Vatikan Domikan Respublikasındakı keçmiş səfirini ev dustağı etmişdi. Səbəbsə 66 yaşlı Cozef Vesolovskinin 2008-ci ildə Dominikanda vəzifədə olduğu vaxtda pedofiliya – uşaqbazlıq cinayətlərinə onun adının keçməsi idi. Lakin bu araşdırma da nəticəsiz qaldı və nəticə barədə mətbuata heç bir bilgi verilmədi.

Amma nəyə görəsə 21 fevral 2019-cu il tarixdə Papa Fransiski birdən-birə açıqlama verdi ki, “Məndə olan dəqiq məlumatlara görə, hər 50 katolik keşişdən biri uşaqbazdır. Əfsuslar olsun ki, kilsə uşaqbazlıq iyrəncliyinə tutulub”. Roma katolik kilsəsinin rəhbəri Papa 1-ci Fransiskin bu açıqlaması o zaman “bomba partlayışı” effekti yaratdı. İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində Vatikanın rəhbəri uşaqlara qarşı zorakılıq və təcavüzü kilsənin mübtəla olduğu cüzam adlandırmışdı.

Yada salaq ki, pedofil keşişlərlə Vatikan heç zaman bacarmayıb. Belə ki, 2010-cu ildə isə Roma Papası Benedikt 90-cı illərdə uşaqlarla cinsi ünsiyyətdə olmaqda şübhəli bilinən amerikalı keşişə qarşı tədbir görməməkdə ittiham edilib. O zaman kardinal Cozef Ratzinger olan Benedikt seksual cinayətləri təhqiq edən Vatikan idarəsinin rəhbəri idi. Həmin vaxt “Nyu York Tayms” yazmışdı ki, papa Benedikt bu işlə bağlı iki məktuba cavab verməyib. Keşiş Lorens Mörfi səhhətinin pis olmasını səbəb gətirəndə onun üzərində kilsə məhkəməsi dayandırılıb. Vatikan sözçüsü bu hadisəni faciəvi adlandıraraq, Kilsə qanunlarında avtomatik cəzalandırmanın nəzərdə tutulmadığını səbəb gətirib.

Vatikan qalmaqallarından danışarkən, 2012-ci ildə yaşananları unutmaq olmaz. Vatikan sözügedən tarixdə son 200 ildə ilk dəfə olaraq belə sərt ittihamlarla qarşılaşmışdı. Dünyanın müxtəlif ölkələrində katolik keşişlərin azyaşlıları zorlamaları ilə bağlı yüzlərlə faktların aşkarlanması belə, Roma Katolik Kilsəsini belə şoka salmamışdı.

Səbəb isə Vatikanın narkotik maddələr, insan və silah alverindən əldə edilən çirkli pulların “yuyulduğu” məkanlardan biri sayılması idi. Xatırladaq ki, həmin tarixdə ABŞ Dövlət Departamentinin “Narkotik vasitələrin dövriyyəsinə beynəlxalq nəzarət strategiyası” (İnternational Narcotics Control Strategy) hesabatında Vatikana qarşı həddən artıq ağır ittihamlar irəli sürülmüşdü.

Hesabatda narkotik maddələr, silah və insan alverindən əldə edilən pulların yuyulması ilə bağlı əməliyyatların hazırda dünyanın 68 ölkəsində həyata keçirildiyi vurğulanırdı. Belə ölkələr arasında Yəmən, Əlcəzair, Şimali Koreya və Vatikanın “xüsusilə fəal” olduğu bildirilirdi. Amerikalılar hesab edirlər ki, İtaliyanın paytaxtı Romanın mərkəzindəki cırtdan dövlətə nəhəng həcmdə nağd pullar və maliyyə vəsaiti axını var.

Onu da qeyd edək ki, təcavüzə məruz qalan təkcə uşaqlar deyil. Kilsəyə gələn və rahibələr də də zaman-zaman keşişlərin qurbanına çevriliblər. Yüzlərlə rahibə hamilə qalıb. Və hər zaman da cəza görənlər də qurbanlar olub. Belə ki, rahibələri hamilə buraxan keşişlər və digər din xadimlərini cəzalandırmaq əvəzinə Vatikan ən asan yolu tutub. Hamilə rahibələri kilsədən qovub. 2014-cü ilin yanvarında Roma Katolik Kilsəsində böyük qalmaqal yaradan olaylardan biri baş verdi.

33 yaşlı rahibə Roksana Rodriges hamilə qalıb və ana oldu. Katolik kilsəsinin qaydalarına görə, rahibələrin ərə getmək hüquqları əsla yoxdur və onlar “İsa Məsihin gəlinləri” sayılırlar.

Фотография Роксана Родригес (photo Roxana Rodriguez)

Amma əslən Salvadorun paytaxtı San-Salvadordan olan rahibə Roma yaxınlığındakı klinikada övlad dünyaya gətirdi. “İsa Məsihin kiçik şagirdləri” (Little Disciples of Jesus) kilsəsinin rahibəsi olan Roksananın dediyinə görə, hamilə qaldığından xəbərsiz olub. Qarnındakı kəskin ağrılar, ürəkbulanma, başgicəllənmədən şikayətlərlə xəstəxanaya aparılmış Roksana Rodrigesin ilkin müayinəyə zamanı onda doğuş sancılarının başlandığı müəyyənləşdirilib. “Bu xanımı xəstəxanaya gətirən təcili yardım qrupunun dediyinə görə, monastırda ibadət zamanı rahibə Roksana qəflətən qarnını tutaraq yerə yıxılıb. Müayinə onun hamiləliyin son dövründə olduğunu, doğuş sancılarının tutduğunu göstərdi”, – deyə xəstəxananın həkimləri bildirdilər.

Amma “İsa Məsihin gəlini”ni hamilə buraxan keşiş yenə cəzasız qaldı. Və keçmiş rahibə Roksana doğuşdan sonra Vatikandan qovuldu. Ümumiyyətlə, tarixi qaynaqlar göstərir ki, Vatikan kilsəsinin tarixində “hamilə rahibələr”, “bic doğan rahibələr”lə bağlı dosyelər yetərincə çoxdur. Çünki gözəllik qarşısında hər kəs acizdi. Hətta Roma Papası birinci Fransiski də. Xatırladaq ki, ötənn ilin noyabrında braziyalı porno ulduz Natalya Qaribottonun instaqram səhifəsində yarıçılpaq şəkillərini layk edənlərdən biri də papa Fransiski olmuşdu.

Meet The Instagram Models Who Were Liked By Pope Francis' Instagram Account  – Talent Recap

Sən demə, papa Natalyanın instaqramda daimi izləyicilərindən biri imiş. İnstaqramda 7,4 , Twitterdə isə 18,8 milyon izləyicisi olan papanın bu izləyiciləri tərəfindən çox pis qarşılandı. Doğrudur, bir həftə sonra həmin görüntülər papanın instaqram səhifəsindən silindi. Amma necə deyərlər olmuşla, ölmüşə çarə yoxdur.

Bəli, dünyaya yüksək materiyadan moizə oxuyan, islamofobiyadan dərs deyən papa birinci Fransiski başda olmaqla Vatikanda və yerlərdəki Vatikan səlahiyyətliləri insanlığa sığmayan min bir oyundan çıxırlar. Sonra da heç nə olmamış kimi milyonların qarşısına çıxıb hamıya ağıl öyrədirlər. Papa Fransiski ötən günlərdə Suriyaya səfər etmişdi. Getmişdi ki, yaratdığı sənət əsərini-islam xarabazarlığını öz gözləri ilə görsün. Çünki islam aləminə başlanılan səlib yürüşünün başında məhz Vatikan durur. Papa Fransiskinin Suriya səfəri bir az da tülkünün həccə getməsinə bənzəyir.

Prinsip etibarı ilə xristian aləmindəki bu eybəcərliklər məni qətiyyən narahat etmir. Çünki dünyanın xilası islamda olduğunu çox gözəl bilirəm. Amma nə yazıq ki, müsəlman adını daşıyan on minlərlə insan bu gün xristian aləminin girovuna çevrilib. Və Avropanın, əslində isə xristian dünyasının eybəcərliyini var gücləri ilə islam dünyasına gətirmək istəyən geri zəkalılar Azərbaycanda da var. Xristianlığın və Avropanın yuxarıda sadaladığımız və yazmadığımız daha neçə-neçə eybəcərliklərini görməyən və yaxud görmək istəməyənlər soydaşlarımız bu gün ortaya düşüb Avropa dəyərlərini təğliğ edirlər. Bir neçə gün öncə bir dəstə Bakının mərkəzində “Döyərəm də, sevərəm də” devizi  ilə aksiya keçirdilər. Öz aləmlərində qadınların hüquqlarını müdafiə etdilər. Çox istərdim ki, onlar bu yazını oxusunlar və maşası olduqları Avropada nəinki qadınların, eləcə də yeniyetmə uşaqların hansı zorakılıqlara tuş gəldiklərini gözləri ilə görsünlər, başa düşsünlər, anlasınlar.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*