Poroşenko: “Gələn il Qurban bayramını Krımda qeyd edəcəyik” – FOTObackend

Poroşenko: “Gələn il Qurban bayramını Krımda qeyd edəcəyik” - FOTO

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Krımı bir il ərzində geri qaytaracaqlarına əmindir.

KONKRET.az  xəbər verir ki, P.Poroşenko bu barədə Qurban bayramı münasibətilə Krım tatarlarına və bütün Ukrayna müsəlmanlarına müraciəti zamanı bildirib.

“Ən məşhur islam bayramı olan Qurban bayramı münasibətilə müsəlmanları ürəkdən təbrik edirəm. Bu bayram yaxşılıq etməyə, itaətkar və mərhəmətli olmağa ilham verir. Bu bayram günündə Krım tatar qardaş və bacılarıma, bütün Ukrayna müsəlmanlarına xoşbəxtlik, harmoniya və firavanlıq diləyirəm!” – deyə o qeyd edib.

Onun sözlərinə görə, gələn il Krım Qurban bayramını Ukraynanın bir hissəsi kimi qeyd edəcək:

“İnanıram ki, birgə səylərlə biz mütləq təcavüzkarı məğlub edəcəyik və Krımı evimizə qaytaracağıq. Və tezliklə Ukrayna Krımında yerli Krım tatarları Qurban bayramını sərbəst şəkildə qeyd edəcəklər”.

“Gələn il – Baxçasarayda! Krım Ukraynadır!” – deyə keçmiş prezident “Facebook”da yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*