Postancyan: “Zəngəzur əldən getdi…”backend

Postancyan: "Zəngəzur əldən getdi..."

“Yeni tikilən yollardan biri dəhliz olacaq”.

KONKRET.az xəbər verir ki, bunu “Yerkir Tsirani” partiyasının rəhbəri Zarui Postancyan deyib.

“Zəngəzur Biosfer Kompleksi”nin tərkibinə daxil olan Şikahoqi ərazisində meşənin böyük bir hissəsi qırılıb. Hətta torpağın üst qatı dərindən qazılaraq götürülüb.

Bu hərəkətlər bizim tərəfimizdə də həyata keçirilib. Orada hərbi tikinti aparılır.

Qoruqda hər hansı müdaxilə və ya fəaliyyət qadağandır. Lakin bu yaxınlarda Çakatenə gedən hissədə yeni bir yol çəkiblər. Bu yol kifayət qədər uzundur, yəni bir neçə kilometrdir.

Yəqin ki, ərazimiz azərbaycanlılara verilib. Onlar da burada yeni yol çəkiblər.

Azərbaycanlılar bizimlə eyni xəttdə dayanıblar, mövqelərimiz isə bizim dövlətlərarası yolda yerləşir. Paşinyanın nöqteyi-nəzərindən indi həmin dövlətlərarası yoldan 5 km geri çəkilsək, bu o deməkdir ki, biz bütünlüklə Zəngəzurdan, ümumilikdə isə İranla əlaqəmizdən məhrum olacağıq. 5 km-lik haramız var ki, geri çəkilək?”, – deyə Postancyan bildirib.

O, mövqelərin yan-yana olduğunu,  Azərbaycan və Ermənistan bayraqlarının yerləşdirildiyini vurğulayıb.

“Hətta Şurnux kəndi də bölünüb. Yolun bir tərəfi Azərbaycan bayrağıdır, düz yolun üstündədir.

Şurnux kəndində bizim mövqelər var. Əgər o hərbi hissələr 5 kilometr geri çəkilsə, orada daha nə qalacaq?

Qafan hava limanında da eyni vəziyyətdir. Türklər öz bayraqlarını sanki öz ərazisi kimi asırlar. Qafan hava limanından 5 kilometr geriyə getsək, orada da yer qalmır. Bu o deməkdir ki, Paşinyan Zəngəzuru Ermənistandan ayırıb, Azərbaycana verib”, – erməni siyasətçi deyib.

O qeyd edib ki, yeni çəkilən yollardan biri Naxçıvana gedən dəhliz olacaq.

“Angeqakot və Şaqat kəndlərinə gedən yollar kifayət qədər bərbad, çox pis vəziyyətdə idi. İndi genişləndiriblər, tam təmir ediblər, asfalt çəkiblər.

Orada yəqin ki, 7 kilometr asfaltsız yol qalıb, onu hamarlayıblar, açıblar, bir neçə kilometr asfaltlanmalıdır.

O bir neçə kilometr yol artıq Naxçıvan sərhədinə çatır, ondan sonra birbaşa Naxçıvana gedir. Yəni yəqin ki, sözügedən dəhlizlərdən biri olacaq. Anqeqakot kəndindən Naxçıvana isə cəmi bir saat yarım yol var. Təmir olunan yol Azərbaycanın Cəhri kəndinə, Araz çayına, sonra Naxçıvana enir. Angeqakotdan Naxçıvana cəmi 80 kilometr məsafə var.

Sakinlər yolun çəkilişinə görə çox sevinirdilər. Ancaq Angeghakot və Şaqat sakinlərinə bu yol lazım deyil.

Əlbəttə, o yola ehtiyac yoxdur. Əslində bu yol azərbaycanlılara lazımdır ki, Naxçıvanla birbaşa əlaqə yarada bilsin.

Dövlətlərarası yolu Nikol Paşinyan çəkdirmir, amma gəlib bu ucqar kəndlərə yol çəkdirir. Naxçıvandan yolu çəkdirən isə İlham Əliyevdir. Artıq hər şey aydındır: Zəngəzur əldən getdi…”, – deyə Postancyan təəssüflənib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Zamina Elturan
    Aprel 19, 2023 - 14:46

    Zəngəzur atanın malıydı,əldən getməsindən danışırsan?

  • Vuqar
    Aprel 19, 2023 - 21:46

    Nə qədər axmaq erməni olasan ki, belə gic-gic fikirlər söyləyəsən! Deyir 7km yol çəkiblər ordan Naxçıvana 1,5 saatlıq yoldur,Zəngəzur əldən getdi!😁 O hansı yoldu ki, ordan biz 1.5 saata Cəhriyə gedəcəyik? Mehri,Sisian yolu dura-dura bizə Cəhri yolu nəyə lazım? Kopolu erməni,başı küt bıçaqla kəsilməlidir!

  • Asəf. Rəhmətlik Hüseyin Hüseyinovun kürəkəni Asəf GƏNCƏLİ.
    Aprel 21, 2023 - 00:43

    İrəvananbizim kəndə 3-5 km-dir.
    Dəmirçiyə nə vaxt ge dəcəyik?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*