Pozğun professora 10 il həbs – Tələbə qızları incidirmişbackend

Pozğun professora 10 il həbs - Tələbə qızları incidirmiş

Ege Universiteti Diş Həkimliyi Fakültəsinin müəllimi professor Z.E.B cinsi təcavüzdə ittiham olunub. Haqqında 10 zərərçəkmiş tələbənin şikayət etdiyi Z.E.B ümumilikdə 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarından sonra universitet rəhbərliyi professorun işinə xitam verib.

Sapık profesöre 10 yıl hapis

KONKRET.az xəbər verir ki, Ege Universitetinin stomatologiya fakültəsində yaşanan qalmaqal 14 dekabr 2019-cu ildə üzə çıxıb.

Bir çox qadın tələbə, o cümlədən bir qadın müəllim Prof. Dr. Z.E.B. tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edib.

Bir çox oğlan tələbələr Z.E.B-nin onlara qarşı söyüş söyərək ləyaqətini alçaldan rəftarına görə şikayət edib. Bundan sonra yaradılmış istintaq komissiyasının ilkin hesabatında bildirilib ki, professor seksual zorakılıqda ittiham etmək ədalətsizdir. Çünki onunla bağlı zərrə qədər ittiham və ya şikayət olmayıb, əksinə, o, dəfələrlə təşəkkür və tərifnamə ilə təltif edilib”.

Ona görə də onun əməllərində Türkiyə Cəza Məcəlləsinə görə cinayət tərkibi olmadığı qənaətinə gəlinib, yeni araşdırmaya ehtiyac olmadığı bildirilib. Zərərçəkmiş tələbələrin vəkili Mustafa Çətin hüquqi mübarizəni öz üzərinə götürüb. 10 tələbənin şikayət etdiyi işə İzmir 34-cü Ağır Cəza Məhkəməsində baxılıb.

Təcavüz, cinsi təcavüz, təhqir və hədə-qorxu ilə cinsi təcavüz ittihamı ilə qaldırılan işin altıncı iclası 18 iyul 2024-cü il tarixində keçirilib.

Məlum olub ki, professor qızlara tez-tez əli ilə toxunurmuş, onları bir bəhanə ilə qucaqlayırmış, hətta bəzilərini dodaqlarından və sinələrindən öpürmüş.

Müəllim müdafiə çıxışında ittihamları rədd edib. Deyib ki, “Asayişi qorumaq üçün bəzi qızlara xəbərdarlıq məqsədi ilə toxunub. Heç bir şəkildə qız tələbələrə qarşı cinsi istəyim olmayıb.

Lakin məhkəmədə sübut olunub ki, professor qızları dəfələrlə əlləyib, onlara sekslə məşğul olmağa eyham vurub, bəzilərini isə otağında tək olarkən yarıçılpaq soyundurub.

Fakültənin dekanı Nazan Ersin bildirib ki, “Dörd nəfərin ifadəsinə görə, bir nəfərin həyatını məhv etmək olmazdı. Araşdırmada çox tələbə ondan razılığını bildirib.

İllərdir birlikdə işlədiyimiz dostumuzla bağlı tələbələrin bu cür reaksiyası sırf bu hadisələrə söykənibmi, bunu hərtərəfli araşdırmaq lazım idi. Bizdə dəqiq məlumat yox idi. Bu, ciddi ittihamdır. Mən cəmi dörd nəfərin ifadəsinə əsaslanaraq belə bir qərar verə bilmərəm. Mən qərar verən deyiləm, bəzi şeyləri məhkəməyə buraxmaq lazımdır. Mən ədalətə güvənirəm. Hər etdiyimin arxasındayam, heç nə ört-basdır edilməyib. Mən düzgün etdim, bildirək ki, eyni şey olsaydı, yenə eyni şeyi edərdim”.

Qeyd edək ki, uzun müddət gündəmdə qalan hadisə ilə bağlı Ege Universitetlərinin tələbələri tez-tez etiraz ediblər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*