Prezident deyirsə, əmin olun, Zəngəzur birləşəcək – Bu, ideologiyadırbackend

Prezident deyirsə, əmin olun, Zəngəzur birləşəcək - Bu, ideologiyadır

Biz Prezidentin Qarabağ məsələsində nə qədər qərarlı və inadkar olduğunun şahidi olduq. Ölkə başçısı “Qarabağ Azərbaycandır” dedi və elə də oldu. İndi o, “Zəngəzur dəhlizi reallaşacaq” deyir, deməli, reallaşacaq. Ölkə başçısı deyirsə ki, Zəngilanın yerləşdiyi Şərqi Zəngəzur Qərbi Zəngəzurla birləşəcək, əmin olun, birləşəcək.

KONKRET.az xəbər verir ki, bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, Prezidentin “Zəngəzura qayıdacağıq” açıqlamasından sonra Ermənistan Baş naziri Nikol Paşinyanın bölgəyə rəsmi səfər etməsi təsadüf deyildi:

“Düzdür, bu səfər cənub vilayətlərində 44 günlük müharibədən sonra davam edən etirazların qarşısını almaq, sabitliyi təmin etmək üçün olsa da, Ermənistan ordusunun o səfər günlərində Zəngilan istiqamətində təxribat törətməsi bəzi şübhələr yaratdı.

Zəngilan istiqamətində təxribatın törədilməsi həm beynəlxalq aləmdə, həm də regionda hələ Zəngəzur dəhlizinin açılması üçün lazımi şəraitin olmadığı təəssüratı yaratmaq üçün idi. Lakin Prezidentin “Zəngəzura qayıdacağıq” açıqlaması ondan xəbər verir ki, heç bir süni maneə bu haqlı yolda bizim qarşımızı kəsə bilməz”.

Politoloq qeyd edib ki, Şərqi Zəngəzur ifadəsi indi kimlərəsə yad termin kimi gələ bilər:

“Lakin bu termin bizə düşündüyümüzdən də doğmadır. Faktiki olaraq Zəngəzur tarixi Azərbaycan torpağıdır. Bunu dövrün xəritələri, eyni zamanda müqavilələrlə də təsdiqləmək mümkündür. Lakin tarixi Zəngəzur vilayəti bu gün heç də Ermənistandakı ərazi ilə yekunlaşmır.

İşğaldan azad edilən Qarabağın ərazisi sayılan Zəngilan, Cəbrayıl, Qubadlı, hətta Laçın belə tarixi Zəngəzur vilayətinin bir parçası, yəni Şərqi Zəngəzurdur. Xəritəyə baxdıqda da rahatlıqla görünür ki, Zəngəzurun əsas hissəsi, yəni Qərbi Zəngəzur türk dünyasını iki yerə parçalamaq üçün vaxtilə haqsız yerə Ermənistana verilib.

Prezident İlham Əliyev bu ifadə ilə böyük bir ideologiyanın əsasını qoymuş oldu. Əminəm ki, onun əsasını qoyduğu bu ideya gec-tez gerçəkləşəcək. Zəngəzur da Qarabağ kimi əsl sahibinə qayıdacaq”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*