Braziliya prezidenti Jair Bolsonaru prezident iqamətgahındakı hamam otağında ayağı sürüşərək yıxılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, başından zədə alan 64 yaşlı Prezident xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti normaldır. Lakin bir müddət həkim nəzarəti altında qalacağı bildirilir.
Jair Bolsonaru bir neçə gün əvvəl özünü yorğun hiss etdiyini deyib, ilin sonuna qədər iclas cədvəlinin yüngülləşdirilməsi haqqında tapşırıq verib.
Hazırladı: Günel MUSEYİB