Prezident İlham Əliyevin tərəqqi medalı ilə təltif etdiyi Adil Əbilov kimdir?backend

Prezident İlham Əliyevin tərəqqi medalı ilə təltif etdiyi Adil Əbilov kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Adil Fazil oğlu Əbilov Azərbaycan ədliyyə sistemində uzun illər fəaliyyət göstərmiş peşəkar dövlət qulluqçularındandır. O, 2000–2015-ci illər ərzində Ədliyyə Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışmış, və çalışdığı dövrdə nazir köməkçisi vəzifəsini icra  edib.

KONKRET.az oxu24-ə istinadən xəbər verir ki, 2015-ci ildən bu günədək Adil Əbilov Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin rəisi kimi fəaliyyət göstərir.

Onun rəhbərlik etdiyi idarə Azərbaycanın xarici dövlətlərlə hüquqi münasibətlərinin formalaşdırılması, beynəlxalq müqavilələrin hazırlanması, ekstradisiya, hüquqi yardım və qarşılıqlı əməkdaşlıq mexanizmlərinin həyata keçirilməsi kimi son dərəcə vacib istiqamətləri əhatə edir.

Bu sahədə göstərdiyi fəaliyyət ölkəmizin beynəlxalq hüquqi əlaqələrinin inkişafına mühüm töhfə kimi qiymətləndirilir.

Adil Əbilov həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində fəallığı ilə seçilir. O, Avropa Şurasının cinayət məsələləri üzrə ekspertlər komitəsində ölkəmizi təmsil etmiş, bu komitənin sədri kimi Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli işlər görüb.

Onun ədliyyə orqanlarında uzunmüddətli, peşəkar və səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş və Prezident İlham Əliyevin sərəncamı ilə Adil Əbilov “Tərəqqi” medalı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*