Prezident öz qızını Administrasiyanın rəhbəri təyin etdibackend

Prezident öz qızını Administrasiyanın rəhbəri təyin etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin böyük qızı, Saida Mirziyoyeva Prezident Administrasiyasının rəhbəri vəzifəsinə gətirilib.

KONKRET.az xəbər verir ki, Saida Mirziyoyeva noyabrın 4-də 41 yaşını qeyd edəcək. O, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin məzunu, həmçinin Daşkənd Dövlət Hüquq Universiteti və Moskva Dövlət Universiteti (Lomonosov adına) magistridir. Saida Mirziyoyeva iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Özbəkistan prezidentinin böyük qızı həyat yoldaşı Oybek Tursunov ilə birlikdə üç övlad böyüdür: oğlu Miromon, oğlu Şavkat və qızı Saodatxon.

Saida Mirziyoyeva avqust 2023-cü ildən prezidentin köməkçisi kimi çalışıb. Bundan əvvəl, noyabr 2022-ci ildən Prezident Administrasiyasının icra aparatında kommunikasiya və informasiya siyasəti sektorunun rəhbəri olub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*