Prezident “Twitter”dəki postunun silinməsinə münasibət bildirdibackend

Prezident “Twitter”dəki postunun silinməsinə münasibət bildirdi

Nigeriya Prezidenti Muhammadu Buxari, “Twitter”dəki yazısının silinməsindən məyus olduğunu qeyd edib.

KONKRET.az bildirir ki, bununla bağlı Prezidentin mətbuat katibi açıqlama verib.

Açıqlamada qeyd olunur ki, sosial şəbəkədəki bu cür “senzura” Nigeriyanın üzləşdiyi çətinliklərin səhv başa düşülməsinə əsaslanır.

Nigeriyanın telekomunasiya operatorları 5 iyun tarixindən hökumətin verdiyi əmrdən sonra ölkədə “Twitter”ə girişləri dayandırdıqlarını açıqlayıblar.

Belə ki, ölkədə “Twitter”ə giriş qeyri-müəyyən müddətə dayandırılıb. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*