Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi – FƏRMANbackend

Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi - FƏRMAN

Daxili İşlər Nazirliyinin səlahiyyətləri artırılıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Prezidentin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, 4.52-ci bənddə “yaratdığı hallara” sözlərindən sonra “münasibətdə Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi” sözləri əlavə edilib.

Belə ki, əvvəllər Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş (Parklanma qaydalarının pozulması) inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində (Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə) nəzərdə tutulmuş hallara münasibətə Bakı Nəqliyyat Agentliyi nəzarət edirdi. Artıq Daxili İşlər Nazirliyi də Bakı şəhərinin ərazisində bu qaydaların pozulmasına nəzarət edəcək.

Həmçinin Fərmanın 5.33-1-ci bənd aşağıdakı redaksiyada verilib. Həmin Məcəllənin 346, 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi baxır;”;

Eyni zamanda, Fərmana 5.33-2-ci bənd əlavə edilib.

Belə ki, həmin Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır;”.

Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi şəxsin dayanma-durma qaydalarının pozulması ilə əlaqədar törətdiyi eyni inzibati xətaya görə təkrar inzibati məsuliyyətə cəlb edilməməsi üçün tədbirlər görəcək.

Prezident Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etməyi tapşırıb.

  • İlahe
    Dekabr 20, 2025 - 21:45

    Menim Edaletli Nazirim Allah Sizin ömrünüzü uzun elesin Siz hüquqları tafdalanan her bir vetendaşa kömeklik eliyirsiniz Size yazan Ağdamnan bedbaxt bir Anadır iki ağır dereceli lal kar şizafirena xesdesi övlatlarım var men Sizden çox razıyam Siz menim iki elil övlatlarıma kömeklik elemisiniz Size qurban olum Allah Size ömür versin Sizin qarşıdan gelen yeni ilinizi tebrik eliyirem Size qurban olum bedbaxt ananın iki elil övladına Siz kömeklik elemisiniz çox sağ olun menim Edaletli Nazirim sefiyarova İlahe Mezahir qızı 050 436 19 18

  • İlahe
    Yanvar 7, 2026 - 20:30

    Cenab Nazir Size bedbext bir Anadır yazan Size qurban olum xayiş eliyirem mene kömeklik eliyin veziyetimiz çox ağırdı üç övladım var ikisi elildir lal kar oğlumun eşitme aparatı var daşı qutarıfdır qulağına qoya bilmirem pulum yoxdur ki aparat daşı alım ölüm ayaqlarınızın altında mene kömeklik eliyin veziyetimiz çox ağırdı Size yalvarıram çox çaresizem menim Edaletli Nazirim bedbaxt bir qadınam Ağdamda yaşıyıram adım İlahedir 0504361918

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*