Prezidentdən korrupsioner məmurlara qarşı barışmaz mövqe – EKSPERT RƏYİbackend

Prezidentdən korrupsioner məmurlara qarşı barışmaz mövqe - EKSPERT RƏYİ

“Verilən tapşırıqlara zidd hərəkət edən məmurlar bundan sonra da çox sərt şəkildə cəzalandırılacaqlar”. Bu sözləri yerli televiziya kanallarına verdiyi müsahibədə  Prezident İlham Əliyev deyib.

KONKRET.az xəbər verir ki, Siyasi ekspert Aydın Quliyev deyir ki, Prezident bu fikirləri ilə ölkədə aparılan islahatlarla bağlı bitkin və davamlı platforma ortaya qoydu:

“O, icra başçıları ilə bağlı barışmaz, kompromissiz mövqeyini ifadə etdi. Prezident vəzifəsində nöqsanlara yol vermiş icra başçılarını ifşa etdi, eyni zamanda yeni təyin olunmuş rəhbərlərə hansı formada fəaliyyət göstərməli olduqları ilə bağlı təlimat verdi. Bu, Prezidentin icra başçıları ilə bağlı məsələyə dərindən bələd olmağının əlamətidir”.

 

 

Sputnik-Azərbaycan

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*