Prezident İlham Əliyevin 26 fevral günü keçirdiyi mətbuat konfransı Azərbaycan və region ölkələrinin gündəmini dəyişib. Həm göstərdiyi performans, həm jurnalistlərlə dialoq, qısa polemikalar, həm də suallara tutarlı cavablar verməsi və nəhayət, dünyaya, düşmənə və ölkəsinə verdiyi mesajların ən önəmliləri hansılardır?
Ermənistanda son proseslər Azərbaycanı narahat etməlidirmi? Paşinyan gedəcəkmi? Onu devrəcəklərmi? İrəvanda gərginlik bizə sərf edirmi?
Ermənistanın hazırkı durumu Azərbaycanın 1992-93-cü illərdə yaşadığı vəziyyətlə müqayisə edilir. Bu doğru müqayisədirmi? Həmin dövrdə Ermənistan müharibənin qalib, Azərbaycan məğlub olduğu üçün bizdə daxili didişmə pik həddə idi. Ardıcıl hakimiyyət dəyişiklikləri, siyasi kataklizmlər olurdu. İndi isə əksinə, Ermənistan məğlub edildiyi üçün orda durumlar gərgindi.
Ermənistan Qarabağa gizli yollarla silahlı dəstələr göndərir deyə rəsmi Bakı sərt bəyanat yayıb. Bu prosesin qabağını necə ala bilərik? Belə çıxır Ermənistan 10 noyabr razılaşmasının müddəalarını dayanmadan pozur. Cavabımız necə olacaq, necə olmalıdı?
Hərbçilərin maaşlarının azaldılması, sonradan guya artırılması…. məsələ nə yerdə qalır?
Bu və digər mövzulara aydınlıq gətirmək üçün bu gün saat 12.00-də Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə söhbətləşəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.