Prezidentin yüksək vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir? – DOSYEbackend

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zaur Mikayılovla bağlı Sərəncam imzalayıb. Sərəncamla Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib. 

KONKRET.az Zaur Rauf oğlu Mikayılovun dosyesini təqdim edir.

Mikayılov Zaur Rauf oğlu Boğaziçi Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirib. O, “Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru olub.

2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

Daha sonra Zaur Mikayılov “PAŞA Construction” tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, “Port Baku Towers”in baş direktoru olub.

“Bravo” supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə Zaur Mikayılov “Agro Dairy” MMC-də baş direktor vəzifəsini tutub. Adıçəkilən şirkət “PAŞA Holdinq”in strukturuna daxildir.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Prezidentin bugünkü Sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*