Probasiya, sosial adaptasiya və bərpaedici ədliyyə ilə bağlı e-kitab hazırlanıbbackend

Probasiya, sosial adaptasiya və bərpaedici ədliyyə ilə bağlı e-kitab hazırlanıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən 3 ay müddətində Bakı şəhərində icra olunan “Probasiya nəzarətində olan həssas qrupların sosial reinteqrasiya təşəbbüsləri” layihəsi çərçivəsində  “Probasiya sistemində sosial adaptasiya və bərpaedici ədliyyənin tətbiqi məsələləri” adlı elektron kitab dərc olunub.

Kitabda probasiyanın nəzəri və praktiki tərəfləri, bu sahəyə aid milli qanunvericilik, beynəlxalq hüquq normaları və xarici təcrübə nəzərə alınmaqla probasiya qeydiyyatında olan şəxslərin sosial adaptasiya, reabilitasiya və bərpaedici ədliyyə məsələləri araşdırılıb. Elektron vəsaitdə probasiya qeydiyyatında olan həssas qrupların sosial reinteqrasiya problemləri, onların hüquq və vəzifələridə təhlil olunub.

Kitab ümumilikdə hüquqi maarifləndirməyə xidmət etməklə, probasiya məmurları, sosial işçilər, psixoloqlar, ədliyyə və digər hüquq-mühafizə orqanlarının əməkdaşları, akademik kontingent, hüquqşünaslar, internet və sosial şəbəkə istifadəçiləri, habelə probasiya nəzarətində olan həssas qruplar və bu sahəyə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Elektron kitabın həm Azərbaycan dilində olan, həm də ingilis dilinə tərcümə olunan versiyalarını www.aggression.az saytının E-kitablar bölməsi vasitəsilə əldə etmək mümkün olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*