Bir müddətdir ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.
KONKRET.az xəbər verir ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Tarif üzrə sürət dəyişsə də, vətəndaş etirazları səngimək bilmir.
İstifadəçilər qiymət dəyişikliyindən sonra internetin sürətinin azaldığından şikayətlənirlər. Eyni zamanda bildirilir ki, 100 mb/s internet üçün 5G-ni dəstəkləyən modem isə provayderlər tərəfindən hələ də verilmir. Məsələ ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, son günlər ölkədə internetlə bağlı şikayətlər sosial şəbəkələrdə daha çox müşahidə olunur:
“Burada bir neçə texniki səbəbdən danışmaq olar. Öncə qeyd edim ki, internet limitlərinin 40 Mbit/s-dən 100 Mbit/s-yə artırılmasından sonra kütləvi şəkildə şikayətlər səslənir. Bu şikayətlər təbiidir. Çünki çox sayda modem köhnədir. Onların 100 Mbit/s-ni dəstəkləməməsi ehtimaldır.
Modemlərin yeni tarifə uyğun 100 Mbit/s interneti dəstəkləmələri üçün tənzimləmələrə ehtiyac var. Qeyd edim ki, 5G-nin modem texnologiyası ilə əlaqəsi yoxdur. 5G birbaşa mobil operatorlarla əlaqəlidir”.
O qeyd edib ki, provayderin özündən qaynaqlanan problemlərin olması da istisna edilmir:
“Bütün bu səbəblərin fonunda hər bir halda texniki baxış keçirilməlidir. Sosial müşahidələrimizin bəzilərində texniki olaraq bilmədiyimiz bir çox səbəblər var.
İstifadəçilər deyirlər ki, əvvəl internet hətta məhlədə də tuturdu, qiymət artımından sonra isə sürət zəifləyib. Ümumiyyətlə, modemdən internet kabelini ayırsaq və internet olmadan modemi işlək hala gətirsək, görərik ki, ötürücünün içində internet olmasa da, ötürmə radiusu dəyişmir. Yəni modemin “vay-fay” siqnallarının içindəki internetlə əlaqəsi yoxdur. Bunun kimi bir çox səbəblər olduğu üçün texniki müstəvidə baxış keçirilməlidir.
Ümumiyyətlə, istifadəçilərin internet xəttini kompüterə qoşaraq “Speedtest” ilə yoxlama etməsi yaxşı olar”.
Modemi özləri verib. Amma yenə də zəifdir. Üstəlik də 25 yox, 27 manat alırlar. Yalançılar, bu xalqın ahı sizi tutacaq.
Umumilikdə fiber optik şəbəkəyə və şəbəkə avadanlıqlarına (kabellərin birləşmə nöqtələridəki muftalar mpls- Atslərdəki gücləndirici qurğular, quyuların vəziyyəti və s.)texniki baxıs keçirilərək nasazlıqlar aradan qaldirilmali və ən əsası birləşmə nöqtələrində çoxdan aparilmayan sonlama, yəni payka əməliyyatı aparılmalidir
Dərin hörmət və ehtiramla İNS layihəsi çərçivəsində Bakı şəhərində Delta telekom MMC üçün 530 km. Fiber optik kabelin çəkilməsinə bilavasitə rəhbərlik edən köhnə nəqliyyatçi pensioner Saleh Bədəlov.
Gunah onlarda deyil!!! Siz, hele de bunu anlaya bilmediniz?!
Nazarət yoxdu,hərc mərclikdi,ona görədə istədiklərini edirlər.Yuxarıda oturanların başları qarışıb ərzaqın,komunalların və sairin qiymətini qaldırmağa.Hərə bir yandan kasıb xalqın cibinə girir,dələduzluqla,oğurluqla məşğuldurlar.
Niyə susursuz lap elə məndə niyə çökdük??? Ay millət lazım deyil 25 manata dediyləri 100 sürət.yoxdu əvəl neçə olubsa indi dahada azalıb sürəti.qaldı modemə.ay Elvin bu modemlər hamsı yeni modemlərdi belə çıxırki siz bizə köhnə modemmi sırıyırsız??? İmtinalara baxın günü gündən artır heç olmaya bu qədər şikayətdən hələdə öznüzə bir insaf götürmürsuzmü???
Bu internet provayderlerin oyunu deyil, Azerbaycanin nezaret orqanlarinin islerinin mesulyyetsizliyidi. Bes onlarin evlerinde internet yoxdur ki gormurler internetin suretini. Hormetli xalqim hami bir nefer kimi her yere sikayet bildirsin
Verdiyi modemlər çox zəif,internetdə zəif…Amma qiymət yüksək..Bu nə deməkdir?Ar olsun sizlərə.
Verdiyi modemlər işləmir.Mənim köhnə modemimidə alıb aparıblr.Qimətdəki,yüksək.Olmaz belə..
Xalqı avam yerinə qoyublar. Modemi özləri veriblər. Zəifdirsə nə üçün verirdiniz? Heç bilmirlər necə bəhanə uydursular. Ölkədə hərc mərclik baş alıb gedir. Milləti, xalqı düşünən yoxdur. Nazirlər öz bizneslərini artırırlar. Nəzarət yoxdur. Allah axırımızı xeyir eləsin.
İndi də bəhanə edirlər ki, telefon komputer və s. 5g dəstəkləməlidi neyləsin bu millət dünən aldığı telefonu dəyişsinmi ən yaxşısı qiymət endirilsin heç bir ölkədə bu qədər bahalı internet yoxdu
Bizdədə elə köhnə modemdir camaata sürəti artırmışıq deyirler amma heç bir şey deyismeyib ele elə əvvəlki kimi zəif süratda isleyir camaatın qulağına lavşa asırlar
Nizami rayonu telefon qovşağında heç bir qeyd edilən telefon nömrələrinə edilən zəngləri götürən yoxdur. Buranın əməkdaşları havayı yerdən niyə maaş alır??
Huawei şirkətinə məxsus yeni modem veriblər. Həmin modemin maksimum qiyməti 30 ya da 35 AZN olar, amma bunlar modemin qiymətini 140manatdan hesablayıblar 😀. Bu modemlər təzədir,həm 2,4Ghz-ni,həm də 5Ghz-ni dəstəkləyir. Modemlik deyil, tənzimlənməsi də normaldır. Spid testlə yoxladıqda sürətin həqiqətən də zəif olduğu məlum olur. Guya onlar bunu bilmir?😀 Bizim məmurlar vəzifə başına gəldikdə xalqı soymaq üçün xüsusi planlar qurub gəlirlər.