Putin ÇƏTİN VƏZİYYƏTDƏ: Ukrayna Rusiyanın bu sistemlərini də MƏHV ETDİbackend

Putin ÇƏTİN VƏZİYYƏTDƏ: Ukrayna Rusiyanın bu sistemlərini də MƏHV ETDİ

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Qara dənizdə beş rus dalğıcının məhv edildiyini açıqlayıb.

Məlumata görə, Qara dənizdə aparılan əməliyyat zamanı Ukraynanın zərbə tipli dəniz dronlarından biri Novorossiysk buxtasına qədər irəliləyə bilib. Rusiya tərəfinin radioelektron mübarizə vasitələri (REM) səbəbindən dron idarəetmə mərkəzi ilə əlaqəsini itirib və sürüklənməyə başlayıb.

KONKRET.az xəbər verir ki, “Ukrainskaya Pravda”nın məlumatına əsasən, Rusiya komandanlığı həmin dronu araşdırmaq məqsədilə sudan çıxarmaq qərarı verib.

GUR-un iddiasına görə, dronla manipulyasiya zamanı partlayış baş verib və nəticədə bütün beş rus dalğıcı həlak olub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*