Putin dünyanı nüvə silahı ilə TƏHDİD ETDİbackend

Putin dünyanı nüvə silahı ilə TƏHDİD ETDİ

“Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranarsa, bütün mümkün müdafiə vasitələrindən istifadə olunacaq”.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezident Vladimir Putin deyib.

“Rusiyanı nüvə silahı ilə təhdid edənlər “külək gülü”ndən çəkinməlidir”, – Rusiya Prezidenti vətəndaşlara müraciətində bildirib.

Putin NATO ölkələrinin yüksək rütbəli nümayəndələrinin Rusiyaya qarşı kütləvi qırğın silahlarından istifadənin mümkünlüyü ilə bağlı bəyanatlarına münasibət bildirib:

“Rusiya haqqında bu cür bəyanatlar verənlərə xatırlatmaq istəyirəm ki, bizim ölkədə də müxtəlif məhvetmə vasitələri var. Bəziləri NATO ölkələrindən daha müasirdir”.

Qeyd edək ki, Vladimir Putinin sərəncamı ilə Rusiya ordusunun strateji çəkindirmə qüvvələri fevralın 27-dən xüsusi döyüş növbətçiliyinə keçib.

Bu gün səhər saatlarında Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Onun sözlərinə görə, səfərbərliyə yalnız ehtiyatda olan və hərbi xidmət keçmiş vətəndaşlar cəlb olunacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*