Putin İlham Əliyevi təbrik etdibackend

Putin İlham Əliyevi təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin bir sıra xarici dövlət və hökumət başçılarını qarşıdan gələn 2026-cı il Yeni il bayramı münasibətilə təbrik edib.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Təbriklər, xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevə, ABŞ Prezidenti Donald Tramp, Ermənistan Prezidenti və Baş naziri Vaaqn Xaçaturyana və Nikol Paşinyana göndərilib.

O cümlədən, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*