Putin Qırğızıstan və Tacikistan liderləri ilə sərhəddəki vəziyyəti MÜZAKİRƏ ETDİbackend

Putin Qırğızıstan və Tacikistan liderləri ilə sərhəddəki vəziyyəti MÜZAKİRƏ ETDİ

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rəhmonla telefon danışığı aparıb.

KONKRET.az Kommersant”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı liderlər Qırğızıstan və Tacikistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

“Vladimir Putin tərəfləri gərginliyin daha da artmasının qarşısını almağa və vəziyyəti yalnız diplomatik vasitələrlə mümkün qədər tez həll etmək üçün tədbirlər görməyə çağırıb. Rusiyanın Qırğızıstan-Tacikistan arasında sabitliyin təmin edilməsi üçün lazımi yardımı göstərməyə hazır olduğunu vurğulayıb”, – Kremlin bəyanatında deyilir.

Qırğızıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Sadır Japarov söhbət zamanı Vladimir Putinə sərhəddəki mövcud vəziyyət barədə məlumat verib.

Tacikistan prezidentinin mətbuat xidməti bildirib ki, söhbət zamanı Emoməli Rəhmon və Vladimir Putin ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*