Putin Ramzan Kadırova ad günü münasibətilə general-polkovnik rütbəsi verib.
KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib.
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova Rusiya ordusunun general-polkovniki rütbəsi verib.
“Sizinlə daha bir xoş xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Bu, 709 saylı fərmanla verilib. Bu barədə mənə şəxsən Vladimir Vladimiroviç məlumat verib və məni təbrik edib”, – deyə Kadırov yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
İlk növbədə rusun bütün generallarını Putinin onlara verdiyi qiymətə görə təbrik edilməlidir. 709 nömrəli “tarixi fərmanı” ilə Putin Rusiyanın general-polkovniklərini bir andaca Ramzan Kadırov səviyyəsinə endirdi. Yəni məsəl var deyirlər “aşagı-aşagı, …..xdan da aşağı….