Putin soyqırımı ilə bağlı sənəd imzaladı – Azərbaycanlı detalıbackend

Putin soyqırımı ilə bağlı sənəd imzaladı - Azərbaycanlı detalı

Rusiya Prezidenti Vladimir Putin aprelin 19-nu “Sovet Xalqının Soyqırımı Qurbanlarının Anım Günü” elan edən yeni qanun imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Müvafiq sənəd hüquqi aktların dərc edilməsi üçün rəsmi veb-saytda yerləşdirilib.

Məlumata görə, yeni anım gününün təsis edilməsində məqsəd Böyük Vətən müharibəsi illərində sovet xalqına qarşı törədilmiş kütləvi qırğınların və cinayətlərin xatirəsini əbədiləşdirmək, tarixi həqiqətlərin qorunmasını təmin etməkdir.

Qeyd edək ki, Böyük Vətən müharibəsində 600 mindən çox azərbaycanlı iştirak edib, onların yarıdan çoxu həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*