Putin: “Tramp müdrik və cəsur siyasətçidir”backend

Putin: "Tramp müdrik və cəsur siyasətçidir"

Rusiya Prezidenti Vladimir Putin keçmiş ABŞ Prezidenti Donald Trampı “müdrik və cəsur siyasətçi” kimi qiymətləndirərək onun Ukrayna ətrafındakı münaqişənin həlli istiqamətində səylərini səmimi adlandırıb.

KONKRET.az xəbər verir ki, Putin bildirib ki, Rusiya Trampın həm Ukrayna böhranının, həm də Yaxın Şərqdəki gərginliyin aradan qaldırılması yönündəki təşəbbüslərini yüksək qiymətləndirir və bu səyləri üçün ona minnətdardır.

Putin onu da qeyd edib ki, Rusiya ilə ABŞ arasında münasibətlər tədricən sabitləşməyə başlayıb, artıq ilk müsbət addımlar atılıb və bu, gələcək əməkdaşlıq üçün ümidverici siqnaldır. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər mövcuddur və amerikalı iş adamları Rusiyaya maraq göstərməkdə davam edirlər – bəzi şirkətlər artıq geri dönmək istədiklərinə dair siqnallar göndəriblər.

O, həmçinin Tramp ilə görüşün mümkünlüyünə də toxunaraq qeyd edib ki, bu cür bir görüşü məmnuniyyətlə təşkil etməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*