ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya prezidenti Vladimir Putinlə keçirəcəyi kritik görüşdə Ukrayna sərhədlərini və “torpaq mübadiləsi” məsələsini müzakirə edəcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Tramp bəyan edib ki, danışıqlarda Ukraynanın hansı hissələrinin kimə məxsus olacağı məsələsi gündəmdə olacaq və o, “bir qədər torpaqları Ukraynaya qaytarmağa çalışacağını” bildirib.
ABŞ mediası Axios isə adı açıqlanmayan mənbəyə istinadən Putinin şərtlərini yayıb. Məlumata görə, Rusiya lideri Ukraynanın bütün Donetsk və Luqansk vilayətlərinin, o cümlədən Krımın Rusiyaya təhvil verilməsini, Xerson və Zaporojyadakı döyüşlərin isə “dondurulmasını” təklif edib.
Ukrayna prezidenti Vladimir Zelenskinin Alyaska görüşünə qatılıb-qatılmayacağı hələ də bəlli deyil. Avropa İttifaqı liderləri isə diplomatik kanallardan istifadə edərək prosesdə kənarda qalmamağa çalışır və Zelenskinin masada olmasının vacibliyini vurğulayırlar.
Aynurə İsmayıl
KONKRET.az