Rusiya lideri Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
KONKRET.az xəbər verir ki, söhbət zamanı İran lideri Ukrayna böhranının sülh yolu ilə həllinə yönələn diplomatik səylərə dəstəyini ifadə edib.
Tərəflər enerji və nəqliyyat sahələri də daxil olmaqla ikitərəfli gündəlikdə duran aktual məsələləri müzakirə ediblər. Danışıq zamanı həmçinin İranın nüvə proqramı ətrafındakı vəziyyət və Cənubi Qafqaz regionundakı son inkişaflar da diqqət mərkəzində olub.
Putin və Pezəşkian qarşıdan gələn Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək sammitində görüşmək barədə razılığa gəliblər.
Sammit 31 avqust – 1 sentyabr tarixlərində Tyanjin şəhərində baş tutacaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az