ABŞ-Alaska görüşü zamanı Vladimir Putin və Donald Trampın danışıqları zalda qeyri-adi və gərgin atmosferdə başlayıb. Jurnalistlər görüş başlamazdan əvvəl aktiv reaksiya verərək, qışqırır və tədbirin gedişinə mane olmağa çalışırdılar.
KONKRET.az xəbər verir ki, zalda yaranan xaos mühafizə xidmətinin əməkdaşlarını hərəkətə gətirib. Onlar jurnalistləri sakitləşdirməyə çalışıblar və bir neçə dəqiqəlik gərgin mübahisədən sonra ucadan “Hamı zalı tərk etsin!” əmrini veriblər. Bu vaxt zalda səs-küy və qarışıqlıq maksimum həddə çatmışdı.
Fox News-un aparıcısı baş verənləri “mətbuatla bağlı xaotik vəziyyət” kimi təsvir edib. O, həmçinin qeyd edib ki, jurnalistlərin reaksiyası, ehtimal ki, görüşdəki gərginlik və kritik mövzuların mediada böyük maraq doğurması ilə bağlı idi.
Görüş zalda sakitlik bərpa edildikdən sonra davam edib, lakin jurnalistlərin ilk reaksiyası və mühafizə xidmətinin tədbirli müdaxiləsi tədbirin yadda qalan anlarından biri olub.
Natiq Səlim,
KONKRET.az