“Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanı “Tomaqavk” raketləri ilə vurmaqla bağlı bəyanatı şoudan başqa bir şey deyil”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Tacikistana səfərindən sonra “Vedomosti”yə açıqlamasında deyib.
Putin qeyd edib ki, bu kimi bəyanatların real hərbi və ya siyasi əsası yoxdur:
“Belə çıxışlar daxili auditoriyaya hesablanıb və daha çox təbliğat xarakteri daşıyır. Ukrayna tərəfi vəziyyəti gərginləşdirməkdə maraqlıdır”.
Qeyd edək ki, Zelenski bir müddət əvvəl Ukraynanın Qərbdən uzaqmənzilli raketlər alacağı təqdirdə Rusiyanın hərbi obyektlərini hədəfə ala biləcəyi barədə açıqlama vermişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az