Putindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı AÇIQLAMAbackend

Putindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı AÇIQLAMA

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasında hərtərəfli əməkdaşlığı təmin edir.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Biz əlbəttə ki, razılaşdırıldığı kimi, istintaqla tam əməkdaşlığı təmin edirik. İstintaq yekunlaşmaq üzrədir”, – deyə Putin bildirib.

Rusiya lideri faciənin Rusiya səması üzərində baş verdiyinə görə üzr istədiyini xatırladıb. Putin digər məsələlərlə yanaşı, aviasiya qəzasını Ukraynaya məxsus PUA-nın səmada olması ilə əlaqələndirib.

“Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb. Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”, – deyə Putin vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*