Putin Ukrayna ilə ilkin şərt olmadan danışıqların bərpasına hazır olduğunu bildirib. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
KONKRET.az xəbər verir ki, mayın 11-də isə Putin KİV-ə müraciət edərək Ukraynanı mayın 15-də Türkiyədə danışıqlara dəvət edib. Peskov bu təklifi “ciddi təhlilə əsaslanan” addım kimi qiymətləndirib.
Ukrayna Prezidenti Zelenski isə cavabında mayın 12-dən etibarən tam atəşkəs tələb edib. ABŞ Prezidenti Donald Tramp Kiyevi Putinin təklifini qəbul etməyə çağırıb və bu danışıqların mümkün razılaşma şansını artıracağını deyib. Zelenski əlavə edib ki, Rusiya prezidentini cümə axşamı Türkiyədə gözləyir.
Aynurə İsmayıl
KONKRET.az