Putindən Tacikistan prezidentinə dəyərli hədiyyəbackend

Putindən Tacikistan prezidentinə dəyərli hədiyyə

Rusiya və Tacikistan prezidentləri Vladimir Putin və Emoməli Rəhmon Düşənbədəki İram Nəbatat Bağında (Cənnət bağı) qeyri-rəsmi görüş keçiriblər.

KONKRET.az xəbər verir ki, görüşdə Rusiya lideri tacikistanlı həmkarına hədiyyə təqdim edib.

İ.Rəhmon Putini təyyarənin pilləkənlərində şəxsən qarşılayıb. Rusiya lideri Tacikistan dövlətinin qurucusu İsmayıl Somoninin abidəsi önünə gül dəstələri qoyub.

Rusiya prezidenti Tacikistan rəhbərinə yüksək tərtibatlı kitab hədiyyə edib. Putin kitabın “Taciklər” adlandığını və onlardan cəmi 25 ədəd olduğunu qeyd edib. Rusiya lideri ilk nüsxəni Rəhmona təqdim etdiyini qeyd edərək , bunun elmi araşdırma, monoqrafiya olduğunu izah edib.

İ.Rəhman “bu, ən yaxşı hədiyyədir” deyərək heyranlığını gizlədə bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*