Türkiyə Superliqasında 13-cü turun oyunları keçirilir.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, çempionluğa iddialı “Fənərbağça” səfərdə “Rizespor”la qarşılaşıb.
İstanbul klubu ilk hissədə iki top geri düşsə də, ikinci yarıda beş qol (Asensio 55, 65, Taliska 58, ən-Nəsiri 78, Braun 88) vuraraq geridönüş etməyi bacarıb – 2:5.
Bu qələbədən sonra “Fənər” lider “Qalatasaray”la xal fərqini minimuma endirib. “Sarı-lacivərd”lərin aktivində 31 xal var. Rize təmsilçisi isə 14 xalla 11-ci sırada qərarlaşıb.
