Putini sarsıtmağın tək yolu – Kohen AÇIQLADIbackend

Putini sarsıtmağın tək yolu - Kohen AÇIQLADI

Sanksiya paketləri Rusiyanın Ukraynaya qarşı təcavüzkar davranışının qarşısını ala bilmədi.

KONKRET.az xəbər verir ki, bunu Atlantik Şurasının tədqiqatçısı Ariel Kohen “Forbes”ə bildirib.

“Bunun sübutu bu yaxınlarda Rusiyanın Azov dənizinə, eləcə də Qara dənizin bir hissəsinə girişi bağlamasıdır. Bütün bunlar isə beynəlxalq hüququ pozur”, – Kohen qeyd edib.

ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putini “qatil” adlandırmasını xatırladan tədqiqatçı Ağ Evin müxalifət lideri Aleksey Navalnı məsələsinə görə də Moskvanı tənqid etdiyini söyləyib:

“Ancaq bununla yanaşı, Bayden Putinlə birgə iqlim dəyişikliyinə qarşı mübarizə aparmağa hazır olduğunu bəyan edir və Putin də bu məsələdə beynəlxalq əməkdaşlığı gücləndirməkdə həqiqətən maraqlı olduğunu söyləyir.

Lakin vəziyyət həll olunmaqdan çox uzaqdır. Vladimir Putin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün – Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransanın iştirakı ilə yeni bir Yalta konfransı keçirilməsini təklif edir. Bununla yanaşı, bu ölkələr qlobal təhlükəsizlik üçün yeni qaydalar barədə razılığa gəlməlidirlər. Putin istədiyini almasa, ordusunun yenidən səhnəyə çıxması ehtimalı böyükdür. Putin yaxşı bilir ki, yalnız hərbi münaqişə təhlükəsi danışıqlarda bazarlıq üşüm şərait yaradır. Ancaq Moskvanın bu davranışı ABŞ və Avropadan daha ağrılı bir cəza tələb edir.

Rusiyanın enerji sektoruna tətbiq olunan sanksiyalar belə cəza üsuludur. Rusiya iqtisadiyyatının ürəyi olan neft və qaz sahələrini məhdudlaşdırmaq Putini niyyətinə yenidən baxmağa məcbur edəcək qədər sarsıdıcı ola bilər”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*