“Putinin belə bir imkanı daha heç vaxt olmayacaq” – Entoni Blinkenbackend

“Putinin belə bir imkanı daha heç vaxt olmayacaq” – Entoni Blinken

“Rusiya heç vaxt Kiyevi ələ keçirə bilməyəcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Entoni Blinken Fransanın “LCI/TF1 telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, belə bir imkan 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun əvvəlində mövcud idi.

“Ancaq Ukrayna xalqının inanılmaz müqaviməti və Ukraynaya verilən dəstək sayəsində Putinin bütün ölkəni fəth etmək, onu xəritədən silmək, Rusiyanın bir hissəsi etmək istəyi baş tutmadı və bu, heç vaxt baş tutmayacaq”, – deyə ABŞ dövlət katibi əminliklə vurğulayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*