Putin və Zelenski GÖRÜŞƏ BİLƏR – Fidan AÇIQLADIbackend

Putin və Zelenski GÖRÜŞƏ BİLƏR - Fidan AÇIQLADI

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna liderlərinin İstanbulda keçiriləcək görüşə razılıq verdiklərini açıqlayıb.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, sammit Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə baş tutacaq və Vladimir Putin, Vladimir Zelenski, eləcə də Donald Trampın iştirakı nəzərdə tutulur.

“Sammitin keçirilməsi ilə bağlı tərəflər arasında prinsipial razılaşma mövcuddur. Lakin əsas fikir ayrılığı atəşkəs məsələsindədir – cənab Zelenski və cənab Putin bu məsələyə fərqli yanaşır. İndi isə danışıqlarda iştirak edən nümayəndələr üzərlərinə düşən rolu oynamalıdırlar”, – deyə Fidan bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*