Qadağalara baxmayaraq Əfqanıstanda qadın fitnes klubları AÇILIRbackend

Qadağalara baxmayaraq Əfqanıstanda qadın fitnes klubları AÇILIR

“Taliban” hərəkatının qoyduğu qadağalara baxmayaraq, Əfqanıstanda zəngin qadınlar tanışları üçün yeraltı fitnes klubları açır.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, qadınlar üçün idman zalları adətən Kabildə və bir sıra digər böyük şəhərlərdə şəxsi evlərin zirzəmilərində yerləşir. Bu klublara “Taliban” hakimiyyətə gəldikdən sonra işlərini itirən qadınlar rəhbərlik edir.

Qeyd olunub ki, qadınlara kişi yaxın qohumlarının müşayiəti olmadan restoranlara getmək, mədəni tədbirlərdə iştirak etmək və hətta parkda gəzmək qadağandır, ona görə də yeraltı klublar onlar üçün yeganə çıxış yeridir.

Məlumata görə, “Taliban”dan əvvəl qadınlar üçün fitnes klubları rəsmi olaraq Əfqanıstanın böyük şəhərlərində fəaliyyət göstərib və populyarlıq qazanıb. 2021-ci ilin yayında onların əksəriyyəti bağlanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*