Hollivud filmlərində belə olmayan hadisə…
KONKRET.az xəbər verir ki, Sue Gardner və John 1990-ci ildə ailə həyatı qurub. Evlilik təklifini xanımı tərəfindən alan John elə həmin gün onunla ailə həyatı qurmağa razı olduğunu bildirib. Evləndikləri günə qədər İngiltərədə yaşayan cütlük, toy günündə Şimali İrlandiyanın paytaxtı Belfasta daşınıblar. İlk illlərdə xoşbəxt ömür sürən Sue Gardner və John tədricən bir-birindən uzaqlaşmağa başlayıblar
Evliliklərinin 10 ilində ayrılmağa qərar veriblər. Sue İngiltərənin Daily Mirror qəzetinə veridiyi müsahibəsində bildirib ki, zamanla aralarında böyük uçurum yaranıb: “Getdikcə bir-birimizdən qopmuşduq. Artıq ayrı otaqlarda yatırdıq. Həmdə Sue Gardner həyat yoldaşının insomnia (yuxu pozğunluğu) xəstəliyindən bezdiyini də dilə gətirib”.
Bu ərəfələrdə Sue Kevin adlı şəxslə tanış olub. Onlar Facebook sosial şəbəkəsində münasibət qurublar. Sue Kevinin şəklini görən kimi ona aşiq olduğunu etiraf edib. O, bu hisslərini həyat yoldaşı John-a da izah edib: “John-a Kevinlə tanış olduğumu söylədim. O, bundan nə əsəbləşdi, nə də məyus oldu. Hətta Kevinin Belfasta daşınması üçün yol xərclərini də ödədi. Səni xoşbəxt edirsə mənim üçün problem yoxdur” deyə John həyat yoldaşına dəstək olub.
Sue və John rəsmi olaraq 2012-ci ildə boşanıblar. Bir il sonra isə Yeni il günü Sue Kevinlə nigaha daxil olub. Toy mərasimində Sue-nin birinci həyat yoldaşı John də iştirak edib.
Son vaxtlara kimi Sue ilə Kevin xoşbəxt evlilik həyatlarını sürüblər. Taki bu ilin noyabr ayında John-dan məktub alana kimi: “John-u 2 ildir tanıyıram. Amma ağladığını görməmişdim. Telefonda ağlayaraq mən ağciyər xərçəngi olduğunu bildirdi. Əl-ayağım tutuldu. Biz onunla bir-birimizə yaxşı və pis gündə, xəstə və sağlam ikən dəstək olacağımıza söz vermişdik”.
Verdiyi vədi unutmayan Sue Gardner həyat yoldaşı Kevinin də razılığını aldıqdan sonra John-u evlərinə gətirib və ona baxmağa qərar verib. Beləliklə onlar üçü də bir evdə yaşamağa başlayıblar.
Sue-nin ikinci həyat yoldaşı Kevin də yaşananlardan heç bir narahatlıq keçirmədiyini dilə gətirib. O, deyib ki, Johnla yaxın dost olduq və mən də Sue-yə ona qulluq etməkdə yardım edirəm. Kevin bunu ən doğru seçim adlandırıb.
Hazırladı: Günel MUSEYİB