Gədəbəy sakini kimyəvi maddədən zəhərlənmə nəticəsində həyatını itirib.
KONKRET.az xəbər verir ki, rayonun Kəsəmən kənd sakini, 1959-cu il təvəllüdlü Nazilə Kazımova ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.