Qadın sevgilisindən boşanmaq və oğlunun guya xərçəng müalicəsi üçün pul aldı – MƏHKƏMƏbackend

Qadın sevgilisindən boşanmaq və oğlunun guya xərçəng müalicəsi üçün pul aldı - MƏHKƏMƏ

Rusiyada bir qadın məşuqəsindən oğlunun xəstəliyi adı altında külli miqdarda pul alıb. Onun əri də bu hadisədən xəbər tutub. Sən demə, məşuqəsi ilə birgə olan qadın ərindən ikinci uşağa hamilə imiş.

KONKRET.az xəbər verir ki, Udmurtiyada yaşayan qadın iki il ərzində bir biznesmenlə münasibətdə olub. Bir müddət sonra ondan pul almağa başlayıb: əvvəlcə oğlunun xərçəng müalicəsi və öz ipotekasının ödənilməsi üçün kömək istəyib. Daha sonra yeni xərclər ortaya çıxıb. Dələduz qadın ərindən boşanmaq üçün vəkil tutmaq istədiyini deyib. Ümumilikdə sadəlövh biznesmen ona 1 milyon rubldan artıq pul verib.

Lakin sonda acı həqiqət üzə çıxıb: oğlu tam sağlam olub, ipotekanı bu müddət ərzində əri ödəyib, boşanmaq isə ümumiyyətlə, planlaşdırılmayıb. Bütün bunları biznesmenə qadının əri danışıb. O, təsadüfən yazışmaları tapıb. Aldadılan sahibkar pulların geri qaytarılmasını tələb etsə də, qadın imtina edib. Bundan sonra kişi məhkəməyə müraciət edib.

Məhkəmə qadını 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib və pulu geri qaytarmağı öhdəsinə qoyub.
İndi onun nə əri var, nə sevgilisi, nə də pulu — ona yalnız anası kömək edir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*