“ABŞ-ın İrana qarşı hərbi zərbəsi olacağı təqdirdə cihadla bağlı fətva verəcəm”.
KONKRET.az xəbər verir ki, bu barədə İraqın ən nüfuzlu şiə lideri olan ayətullah Əli Əs-Sistani bəyan edib.
Qeyd edək ki, Sistani dünyada ən təsirli şiə dini liderlərindən biridir və faktiki olaraq İraq və İran şiələri üçün dövlətlərüstü mənəvi nüfuza malikdir. O, dövlət vəzifəsi tutmasa və rəsmi olaraq İranın siyasi sisteminə daxil olmasa da, onun fətvaları və ictimai bəyanatları regiondakı şiə siyasi və hərbi strukturlarını səfərbər etməyə qadirdir.
Bu, xüsusilə 2014-cü ildə özünü göstərmişdi: onun ölkəni müdafiə etməyə çağırışı şiə könüllü qüvvələrinin yaradılmasını legitimləşdirdi və həmin qüvvələr İŞİD-lə mübarizədə həlledici rol oynadı. Məhz buna görə də təhlükəsizlik məsələlərində və ABŞ-ın İrana mümkün hərbi zərbəsi ilə bağlı mövqeyi çox böyük mənəvi və strateji çəkiyə malikdir.
Ağagül Mürsəlov,
KONKRET.az

Kiminle???Butun islam dunyasinda olan muharibelerde,kafiere komeklik elemisiniz.Iraqda ,amerikaya destek oldunuz,efqanistanda,rusa destek verdiniz,suriyada yene rusa destek verdiniz,ermenistan ve azerbaycan muharibesinde ,ermenistana,mehdi dediyiniz gelende ,guyyaki birinci Turkiyeye hucum edecek deye,idealoqiya atirsiniznortaya.Kim cihadiniza komek edecek?)))))))))))