Sumqayıt şəhərində oğurluq və dələduzluq faktları qeydə alınıb.
KONKRET.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Abdullayevanın bank hesabından 130 manat çıxararaq oğurlamaqda və V.Bədəlovu aldadıb 40 manatını almaqda şübhəli bilinən İmişli rayon sakini T.Sultanov saxlanılıb.