Qadınların pensiya yaşı azaldılır? – Deputat: “Daha tez təqaüdə çıxmalıdırlar”backend

Qadınların pensiya yaşı azaldılır? - Deputat: “Daha tez təqaüdə çıxmalıdırlar”

Azərbaycanda 2025-ci il üçün kişilərin və qadınların pensiya yaşının artacağı bəlli olub. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 2017-ci ildən başlayaraq, hər il qadınların pensiya yaşı 6 ay artırılır. Bu proses 2027-ci ilə qədər davam edəcək.

Beləliklə, 1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı dəyişməz qalaraq 65, qadınların pensiya yaşı isə 6 ay artırılaraq 64 olacaq.

2027-ci ildə həm kişilərin, həm də qadınların pensiya yaşı 65-ə bərabərləşəcək.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclis üzvü Vüqar Bayramov bildirib ki, qadınlar kişilərə nisbətən daha tez pensiyaya çıxmalıdır:

“2017-ci ildə “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə uyğun olaraq, Azərbaycanda qadınların pensiya yaşı ilə kişilərin pensiya yaşının bərabərləşdirilməsi həyata keçirilir. Təbii ki, biz bütövlükdə qadınlarla kişilərin pensiya yaşı arasında diferensial fərqin tətbiqinin tərəfdarıyıq. Bununla bağlı təklifimiz ondan ibarətdir ki, bütövlükdə qadınların daha tez pensiyaya çıxması daha məqsədəuyğundur. Ona görə biz qadınların kişilərlə müqayisədə daha tez pensiyaya çıxmasını təklif edirik.

Deputat qeyd edib ki, bu praktika bir çox xarici ölkələrdə də tətbiq olunur:

“Bu bir çox ölkələrdə tətbiq edilən praktikadır. Uyğun praktikanın Azərbaycanda tətbiq edilməsi də məqsədəuyğun olardı. Eyni zamanda, nəzərə alsaq ki, qadınların bütövlükdə, xüsusən yaşlı dövrdə daha çox sosial təminata ehtiyacı var, bu baxımdan bu istiqamətdə diferensial yanaşmanın tərəfdarıyıq və güman edirik ki, bu yanaşma qadınların daha tez pensiyaya çıxmasını təmin edə bilər”.

  • Mahmud
    Mart 2, 2025 - 09:02

    4 uşaqlı qadınların pensiya yaşını azaldın, bu milli məclisdə müzakirə olunmalıdır. 1-2 uşaqlı qadınla 4 uşağı olan qadınlar arasında fərq qoyulmalıdır. Heç bir güzəşt olunmur həmin qadınlara, belə haqsızlıq olmaz.

  • Arzu
    Mart 3, 2025 - 01:49

    Qadınların pensiya yaşı əvvəlki kimi 57 yaş olsa yaxşıdır. Bunu edə bilmirlərsə, heç cürə mümkün deyilsə heç olmasa 60 yaşa etdirsinlər qadınların pensiya yaşını. Qadınların əziyyəti çoxdur həyatda, həm işə gedirlər, həm ev işləri görürlər, ailə üzvlərinin böyüyəndən tutmuş kiciyinə kimi hər birinə qulluq edib qayğısına qalırlar. Bu qədər verdiyi əməyin müqabilində sağlamlığını itirir, vaxtından tez yaşlanır. Ona görə bir qədər tez pensiyaya çıxsa yaxşı olar. Allaha da xoş gedər, bəndəyə də.

  • Sədaqət
    Mart 3, 2025 - 11:15

    Məncə bu 8MART BAYRAMINDA PREZİDENT QADINLARIN PENSİYA YAŞINI AZALTSA BU BÜTÜN AZƏRBAYCAN QADINLARINA DA KİŞİLƏRDƏ BÖYÜK HƏDİYYƏ OLAR. ÇÜNKİ KİŞİLƏRİN DƏ YÜKÜ BİR AZ XƏFİFLƏYƏR. MADDİ CƏHƏTDƏN HƏMDƏ QADINLARIN SAĞLAMLIĞINA XEYLİ KÖMƏKLİK OLAR. CƏNAB PREZİDENT XAHİŞ EDİRİK MƏMURLARA VERDİYİNİZ O GÖZƏL, MADİYATSIZ.,QAYĞISIZ YAŞAYIŞDAN BİZ QADINLARADA AZ DA OLSA YARADIN. BİR ÖMÜR SİZƏ MİNNƏTDAR OLARIQ. ZATƏN BELƏ BOLLUQ,FİRAVAN,SAKİT HƏYAT ÜÇÜN SİZƏMİNNƏTDARIQ. BİR AZ DA MADDİ DƏSTƏK ETMƏNİZ DAHA GÖZƏL OLAR HƏYAT.

  • Samirə
    Mart 7, 2025 - 00:17

    Salam herkese mənim anamın 62yasi var 30ilinde poviridir ama yaşına görə iş tapa bilmir heç bir gəlir yeri yoxdu pensiyanı 57endirseler çox yaxşı olar

  • Kənan
    Aprel 30, 2025 - 18:29

    Düşüncə olaraq indi 5 usaqli ana 1000 də bir belə deyil bu qərarla nə demək istəmisiz 3 ya 4 usaq desəydiz bilinərdi ki insafiniz var yaşli insanlar yoxdu daha hərkəs 50 dən sonra yaşaya bilmir və təmiz hec bir qida yoxduki uzun ömürlü olsun insaf dinin yarisidir

Mahmud üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*