Qadınların sevimli markası iflasa uğradıbackend

Qadınların sevimli markası iflasa uğradı

Türkiyənin aparıcı mətbəx texnikası və qab-qacaq istehsalçılarından biri olan Atasoy Mətbəx ləvazimatları iflas edib.

KONKRET.az xəbər verir ki, Türkiyədə həyata keçirilən sərt pul siyasətləri səbəbindən bir çox müəssisə sürətlə bağlansa da, münasib maliyyə mənbələrinə çıxış əldə etməkdə çətinlik çəkən istehsalçılar üçün müflisləşmələr davam edir.

Keçən il maliyyə çətinliklərindən sonra iflasa uğrayan mətbəx əşyaları və qab-qacaq istehsalçısı Atasoy Kitcenware Tekirdağ Asliye Ticarət Məhkəməsinin 9 sentyabr tarixli qərarı ilə rəsmi olaraq müflis elan edilib.

Qeyd edək ki, Tekirdağdakı fabrikindən Türkiyənin bütün 81 vilayətinə satış həyata keçirən şirkət, xüsusilə çuqun tava istehsalında Türkiyənin əhəmiyyətli istehsalçıları arasında olub.

Dəniz Pənahova 

KONKRET.az 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*